Açıq mənbələrdən götürülüb
İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin məhkəməsi onun vəkili Yusif İsmayılovun çıxışıyla davam etdi. Bundan əvvəlki iclasda keçmiş başçının digər iki vəkili çıxış etmişdi.
Məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edir.
Yusif İsmayılov məhkəmədən Vilyam Hacıyev barəsində hökm çıxarılarkən yüngülləşdirici halların nəzərə alınmasını xahiş etdi: “Prokuror çox ağır cəza istədi və bu cəza başadüşülən deyil. Bu adamın Azərbaycan dövlətinə xidmətləri olub və buna görə təltif olunub. Naxçıvan blokadada olduğu vaxtlarda köməyə gedib, bu əməli qiymətləndirilib. Vilyam Hacıyevin beynəlxalq məsələlər üzrə də çox xidmətləri olub. Vilyam Hacıyev bütün etimadları doğruldub. Bütün bu hallara qiymət verilməlidir. Bir səhvə görə bu boyda xidmətlərin üstündən xətt çəkmək olmaz”.
Vəkil məhkəmənin diqqətini Vilyam Hacıyevin səhhətindəki problemlərə də çəkdi.
“Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəmənin sorğularına verilən cavablarda da onun xəstəlikləri təsdiqlənib”,- Y.İsmayılov əlavə etdi.
Vəkil çıxışının sonunda keçmiş icra başçısının barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi.
Müttəhimin digər vəkili Elmar Kərimov da çıxış edərək bəraət hökmü çıxarılmasını istədi.
Vilyam Hacıyevsə son sözə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istədi. Hakim növbəti məhkəmə iclasını iyulun 25-nə təyin etdi.
Vilyam Hacıyevi DTX tutub. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvətalma və qanunsuz odlu silah saxlama maddələriylə ittiham olunur.
İmişli rayonunun müxtəlif rəsmi qurumlarının nümayəndələri məhkəmədə çıxış edərək keçmiş başçının dövlətə vurduğu ümumilikdə 7,5 milyon manatı ödəməsini istəyiblər.
Onların iddialarına görə, Vilyam Hacıyev başçı vəzifəsində işləyərkən həmin pulları mənimsəyib. Ötən ay məhkəmədə ifadə verən keçmiş başçısa iddia olunan məbləğin 6 milyon manatını imkanlı qohumlarının və dostlarının yardımı ilə ödəməyə hazır olduğunu deyib.
Vilyam Hacıyev verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. O, həbs olunarkən evindən aşkar edilmiş 2 milyon 480 min dollar və 450 min avronun həyat yoldaşının babasından qaldığını bildirib.
Dövlət ittihamçısı onun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür