Məhkəmə

Zorakılıqla bağlı məhkəmə prosesi təxirə düşdü

Samirə Əli
8 İyul, 2022
191

Bu gün Gəncə Apellyasiya Məhkəməsində azyaşlıya edilmiş cinsi zorakılıqla bağlı keçirilməsi planlaşdırılan məhkəmə prosesi təxirə salınıb.

Səbəb kimi, hakim Elçin Xasməmmədov qarşı tərəfin səhhətində problem olmasını göstərib. Bu barədə azyaşlının vəkili Zibeydə Sadıqova "Toplum TV"-yə bildirib. 

2020-ci ilin avqustunda Bərdədə 14 yaşlı qız qonşusu 27 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb. Azyaşlının dediyinə görə, qonşusu ona hədə-qorxu gələrək bu işi törədib. 

Vəkil bildirib ki, zərərçəkən Aysu Əliyeva (şərti ad) zorakılıq törətmiş şəxslə 2021-ci ilin martınadək telefonla mütəmadi danışıblar.  

Bu ilin fevralın 10-da Bərdə rayon məhkəməsində Məhərrəm Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ittihamçı 9 il iş istəməsinə baxmayaraq, hakim təqsirləndirilən şəxsə bəraət vermişdi. Səbəb kimi azyaşlının səhvən hadisələrin 2019-cu ildə baş verdiyini deməsi olmuşdu. Məhkəmə qərarı zərərçəkənin ailəsini təmin etmədiyinə görə, Gəncə şəhər apellyasiya məhkəməsinə müraciət edilib. 

Növbəti məhkəmə prosesi iyulun 14-ü Gəncə şəhər apellyasiya məhkəməsində hakim Elçin Xasməmmədov tərəfindən baxılacaq.

Məhkəmə

Səlim Müslümov 20 milyon manat zərər ödəyib

Leyli Cəfərova
15 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Şəhid ailələri, əlillər üçün nəzərdə tutulmuş binaların tikintisində “əliuzunluq” etmiş keçmiş nazir dövlətə daha 7 milyona yaxın pul ödəməlidir.   Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edib.     Məhkəmə iclası başlayan kimi prokuror Babaxan Həsənəliyev 573 səhifəlik İttiham Aktının nəticəvi hissəsini elan edib.      İttiham aktında qeyd olunub ki, keçmiş nazir şəhid ailələri və müharibə əlilləri üçün müxtəlif rayonlardakı yaşayış binalarının  tikintisinə ayrılan pulların bir hissəsini mənimsəyib, bir hissəsini də israfçılıqla istifadə edib. Bu işlərlə bağlı tenderlərdə qalib gələn podratçı şirkətlərdən külli...
Məhkəmə

Daha bir keçmiş mühacir məhkəmə qarşısına çıxarılır  

Leyli Cəfərova
9 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Samir Aşurov adam döyməkdə ittiham olunur      Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Bakı şəhər sakini Samir Aşurovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Toplum TV xəbər verir ki, cinayət işi hakim Məhəmməd Əkbərovun icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 19-a təyin edilib.  https://toplum.tv/mehkeme/selim-muslumov-kommersiya-sirlerine-gore-mehkemesinin-qapali-kecirilmesini-isteyib Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.  İyulun 21-də...

Seçilmiş Videolar

Toplum TV loqo