Multimedia

14 ildir davam edən məhkəmə çəkişməsi

Nuray Kamal
24 Noyabr, 2022
319

2006-cı ildə həyat yoldaşından boşanan Emma Şoşanova 2008-ci ildə əmlak bölgüsü üçün məhkəməyə müraciət edib. Elə o gündən, 14 ildir, məhkəmə çəkişməsi davam edir. Şikayətçi keçmiş həyat yoldaşı ilə birgə nigah vaxtı tikdirdikləri yardımçı təsərrüfat otağının bölünməsini istəyib. Amma məhkəmə tərəfindən bu təmin olunmayıb. O, iddia edir ki, qarşı tərəf öz iddia ərizəsində məhkəməyə və polisə rüşvət verdiyini etiraf edib. Emma Şoşanova deyir, 2019-cu ilin fevral ayında Suraxanı rayon məhkəməsinə qarşı tərəfin təqdim etdiyi iddia ərizəsinə məhkəmə tərəfindən dəyişiklik edilib. Şoşanovanın vəkili Rauf Abdullayev də bunu təsdiq edir.

İddiaçı İlyas Şahverdiyev Toplum TV-ə açıqlamasında məhkəmə prosesi ilə bağlı iddialara cavab vermək istəmədiyini deyib.

Emma Şoşanova dövlət qurumlarının saxta sənədlər düzəldərək məhkəmələrə yardım etdiyini iddia edir. Deyir, qarşı tərəfin təqdim etdiyi sənədlərdən biri Suraxanı rayon icra hakimiyyəti tərəfindən verilib.

İddialarla bağlı Suraxanı rayon məhkəməsindən açıqlama almaq mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo