Multimedia

50 min manatdan çox qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Aytac Məmmədli
22 Sentyabr, 2022
1133

Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub. 

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan çox pul köçürən fiziki şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.

İqtisadçı-ekspert Qubad İbadoğlunun dediyinə görə, qərar bir çox fəsadlar yarada bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Çıxar maaş kartını mənə ver, ailəmə yemək alım"

Toplum TV
3 Oktyabr 2023

Toplum TV

İlham Cəlilov 2-ci Qarabağ müharibəsinin qazisidir. Deyir ki, Füzuli, Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 3 dəfə yaralanıb. Ilham Cəlilovun sözlərinə görə, əlillik dərəcəsinin təyin olunmasına görə 3 dəfə müraciətinə baxmayaraq, ona imtina cavabı verilib. İlham Cəlilov müharibədən əvvəl ailəsini rahat dolandıra bildiyini, hazırda isə belə imkanının olmadığını deyir. Fidan Ali
Multimedia

"30 ildir ki, mənzil növbəm gəlib çatmır"

Toplum TV
2 Oktyabr 2023

Toplum TV

Keçmiş tibb bacısı olan Qönçə Səmədova 30 ildir mənzil növbəsində olduğunu deyir. Əvvəl işlədiyi xəstəxanada 70 yaşına kimi yenidən tibb bacısı işləməyi tələb edərək Bakı şəhəri Baş Prokurorluq qarşısında aksiya keçirib.

Seçilmiş Videolar

Toplum TV loqo