Multimedia

Ağalının qayıdış qayğıları

Samirə Əli
27 İyul, 2022
243

Artıq Zəngilanin Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 19-dan 25-dək ümumilikdə 41 ailə Ağalıya köçürülüb. 

İllərdir yataqxana şəraitində yaşayan sakinlər yeni evlərini görmək üçün tələsirlər.

İyulun 27-dən Ağalı sağlamlıq mərkəzi kəndin sakinlərinə qapılarını açacaq. 29 il öncə təhsilinə yenicə başlayan Ceyran Abbasova 8 yaşında Zəngilanı tərk etmişdi. İndi isə həkim kimi öz torpağına geri qayıdır.

 “Ağıllı kənd” layihəsinə yaşayış sahəsi, sosial xidmət sahəsi, innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadə daxildir.  

Hazırda kənddə "Kapital" bank, "Rahat" market, Azercell, ASAN Xidmət, kafe, aptek fəaliyyət göstərir. 

 Bağça və məktəb sentyabrdan uşaqları qəbul edəcək. İşğaldan öncə bağçada təsərrüfat müdiri kimi çalışan Firəngiz Səlimovanın ən böyük arzusu kəndindəki bağçada yenidən çalışmaqdır: 

 “ Yoldaşım və uşaqlarımdır. O vaxt bağçadan işdən çıxanda şəkil çəkdirmişdik. Çox təəssüf, heyif ki, yoldaşım görmədi bu günləri. Mən onu burda tək qoyub getmədim, amma o məni ordan bura tək göndərdi…”,-deyə Firəngiz Səlimova əlavə edib.

Hər bir evin başında quraşdırılmış günəş panelləri diqqət çəkir. Kəndin enerjiyə tələbatı üçün alternativ enerji mənbələrindən əldə olunur. Hələ ki yaydır, sakinlər tərəfindən alternativ enerjili qurğular istilik mənbəyi kimi testdən keçirilməyiblər. Hər ehtimal üçün, köhnə üsulla, qaz sobası ilə qızınmaq seçimi də var.  

Evlərin həyətində yanğından mühafizə sistemləri quraşdırılıb. 

Zibil tullantıları üçün nəzərdə tutulan yeşiklər isə ancaq kəndin girəcəyində görünür.   

Hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb.

Avqustun əvvəli Zəngilanın Ağalı kəndinə növbəti köç mərhələsi başlayacaq. 

Zəngilanın Ağalı kəndi 2020-ci ilin oktyabrın 28-də azad olunub.

Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...
Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 

Seçilmiş Videolar

Toplum TV loqo