Toplum TV
2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramında göstərilir ki, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. Bəs ekspertlər əlilliyi olan uşaqlara tədris edilən dərslərin səviyyəsini necə dəyərləndirir?
Artıq Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim edib.
Azərbaycanın Ermənistana təqdim etdiyi təkliflərlə bağlı rəsmi Yerevanın mövqeyini şərh edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki,Ermənistan üçün əsas məsələ Qarabağdakı ermənilərin haqları və azadlıqlarının təmin edilməsi, eləcə də dağlıq qarabağın son statusunun dəqiqləşdirilməsidir.
Bəs Mirzoyanın söylədiyi şərhi, onun təbirincə desək, Qarabağdakı ermənilərin hüquqlarının təmin edilməsi demək, Azərbaycanın şərtlərindən imtina etmək deməkdirmi?