"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir. Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.
Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.
"Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək, uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.
Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.
Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunub. Həmin proqramlara əsasən, qəsəbələrdə kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırılmalı idi. O vaxt Prezident də vəd vermişdi ki, 2013-cü ilə qədər qəsəbələrin sosial problemləri aradan qalxacaq.
Amma sakinlərin çoxu deyir ki, illərdir, burda yaşasalar da, inkişafdan da əsər-əlamət görmürlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV