Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust, 2022
428

Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.  

Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.  

"Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər. 

Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.  

Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunub. Həmin proqramlara əsasən, qəsəbələrdə kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırılmalı idi. O vaxt Prezident də vəd vermişdi ki, 2013-cü ilə qədər qəsəbələrin sosial problemləri aradan qalxacaq.  

Amma sakinlərin çoxu deyir ki, illərdir, burda yaşasalar da, inkişafdan da əsər-əlamət görmürlər.

Multimedia

Ekspertlər: Avropa deputatlarının sanksiya çağırışı sülhə xidmət etmir

Roza Məmmədova
8 Oktyabr 2022
Parlamentindəki bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar tələbilə çıxış edib. Azərbaycanı təcavüzkar adlandıran deputatlar İttifaqın beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycanla qaz müqaviləsini də dayandırmağı istəyib.  Konfliktoloq Arif Yunus deyir ki, sanksiya Avropa ittifaqının vasaitəçiliklə bağlı mövqeyini şübhə altına qoyur. Deputat Hikmət Məmmədov isə düşünür ki, Azərbaycanın əleyhinə çıxış edən deputatlar qərəzlidirlər.  Yeri gəlmişkən, deputatlara cavabında Josep Borel də Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini deyib. Və bildirib ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir. Sentyabrın 12 və 13-də Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə...
Multimedia

Qazilər: Problem həll olunmur, buna görə də...

Fərid İsmayılov
7 Oktyabr 2022
Oktyabrın 7-də II Qarabağ müharibəsi qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.  Qazilər deyir ki, sosial durumları ağırdır, çünki nə əlillik dərəcəsi ala bilirlər, nə də iş tapa bilirlər.  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Toplum TV-yə qazilərin təkrar komissiyadan keçiriləcəyini bildirib.  44 günlük müharibədən sonra vaxtaşırı qazilər ƏƏSMN önündə etiraz aksiyası keçirir. Onlar sosial problemlərini və əlillik dərəcələrini düzgün təyin olunmadığını dilə gətirir. 44 qazi isə intihar edib.

Seçilmiş Videolar

Toplum TV loqo