Multimedia

Altı aya sığmayan süründürməçiliyin bədəlini əlil ödəyir

Lida Abbaslı
31 İyul, 2022
842

Fərid Xalıqlı aylardır ki, atasının əlilik pensiyasının bərpasına çalışır. 

Fərid Xalıqlının atası Möhübbət Hüseynovun pensiyası ötən il 15 noyabrda kəsilib. Bundan sonra pensiyaçının oğlu Fərid və özü əlillik statusunun bərpası üçün dövlət idarələrini gəzməli olublar. Lənkəran Sosial Müdafiə Fondundan Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna, oradan yenidən Lənkərana, poliklinikaya müraciət etməli olan əlil həftələrlə müayinə növbəsini, dövlət qurumlarının işə düşməsini gözləməli olub. Çox çək-çevirdən sonra əlillik statusu, nəhayət, bərpa olunub. Amma arada keçən altı ay üçün pensiyalar hesablanıb bərpa olunmur. 

Hüquqşünas Namizəd Səfərov deyir ki, cavabdeh qurum Səhiyyə Nazirliyidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Fazil Mustafa: “Təhlükə həmişə var” 

Fatimə Mövlamlı
29 May 2023
“Səhhətim yaxşıdır, şükür Allaha. Əsasən reabilitasiya prosesinə davam eləyirəm, amma xeyli problem arxada qalıb.   Deputat Fazil Mustafa bunları bu gün İçərişəhərdə keçirilən Milli Kitab Sərgisindı deyib. Sərgidə Fazil Mustafanın yazdığı son kitab “Dirilən adamın düşüncələri” kitabı da yer alıb. Toplum Tv-nin suallarını cavablandıran deputat deyir, təhlükə hələ ötüşməyib.  Fazil Mustafa ona qarşı silahlı hücumla İran İslam Respublikası arasındakı əlaqədən də danışıb.   Fazil Mustafa 28 mart tarixində evinin qarşısında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmışdı.
Multimedia

"Narkotik ittihamı ilə tutub, casus kimi tanıdırlar" - Dindarlar etiraz etdi

Samirə Əli
29 May 2023
Həbsdə olan inanclı fəalların ailələri Prezident Administrasiyasının əsas binansının yaxınlığında etiraz aksiyası keçiriblər. Ailələr narkotik ittihamı ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlıqlarını tələb edirlər: Etirazçılar danışır ki, yaxınları narkotik ittihamı ilə həbs edilsələr də, mediada İran casusu kimi təbliğat aparılır. Ailələr bunu son dövrlər Azərbaycanın İranla münasibətlərinin gərgin  keçməsi ilə əlaqələndirir: Aksiya iştirakçıları polislər tərəfindən administrasiyasının vətəndaş qəbulu mərkəzinə yönləndiriliblər.  Qəbulda aksiya iştirakçıları yaxınlarının şərlənərək və fiziki zorakılığa məruz qalaraq həbs edildikləri ilə bağlı müraciət ediblər. Vətəndaşları qəbul edən administrasiyanın hüquq-mühafizə şöbəsinin əməkdaşı Kamran Həsənov  məsələnin bir həftə ərzində araşdırılıb məlumat veriləcəyi bildirib. İştirakçılar yaxınları həbsdən azad olunanadək silsilə aksiyalara...

Seçilmiş Videolar

Toplum TV loqo