Son zamanlar Azərbaycanda apteklərdə dərman çatışmazlığı problemi ciddiləşib. Yaranan qıtlığın əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Azərbaycana dərman pereparatları əsasən Rusiyadan idxal edir.
Deputat Rüfət Quliyev ötən gün Milli Məclisin iclasında bu məsələyə toxunub. O dərmanların gətirilməsində ciddi bürokratik əngəllərin olduğunu qeyd edib.
Tibb üzrə ekspert Aydın Əliyev də dərman qıtlığının yaranmasında əsas səbəb kimi özəl şirkətlərin sərbəst ticarətinə imkan verilməməsini göstərir.
Səhiyyə Nazirliyi yaranmış dərman qıtlıqla bağlı mediaya açıqlamasında dərman satışı ilə hər hansı məhdudiyyətin olmadığını bildirib:
"Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.
O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".
Apteklərdə çatışmayan tibbi preparatlar siyahısına son günlərdə yod da əlavə olunub. Aydın Əliyev məsələyə də münasibət bildirib.
Yoda yüksək tələbat yaranmasınına əsas səbəb Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünən insanların özlərini qorumaq üçün tədbir almağa çalışmasıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Narkotik ittihamı ilə tutub, casus kimi tanıdırlar" - Dindarlar etiraz etdi
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür