Multimedia

“Araşdırılsın, bilək, balam niyə vuruldu?”

Məzahir Abdurahmanov
Şəhla Kərim
1 May, 2021
164

Aprelin 7-də Abşeronun Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən ağır yaralanıb.

O, 9 gün koma vəziyyətində qaldıqdan sonra aprelin 15-də xəstəxanada vəfat edib.

Hadisəni Məmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davranma nəticəsində törətdiyi bildirilir. Hazırda Nihadın ailəsinin yeganə istəyi bu məsələnin araşdırılmasıdır.
 

Multimedia

Fərəc Kərimli: "Şuşanın azad olunması Azərbaycan hərb tarixinin ən uğurlu əməliyyatlarından biridir"

Şəhla Kərim
10 May 2021

Toplum TV

8 noyabr 2020-ci il Şuşanın 28 illik işğalından azad olunduğu gündür. II Qarabağ müharibəsinin iştirakçısı Fərəc Kərimli döyüş xatirələrini danışır.
Multimedia

KİV nümayəndələri mediaya dövlət nəzarəti haqqında

Nuranə Atakişiyeva
Aysel Əzizova
8 May 2021
Hər il dünyada onlarla jurnalist qətlə yetirilir, yüzlərlə jurnalist həbs edilir.  Beynəlxalq təşkilatların keçən ilin göstəricilərinə əsasən tərtib etdiyi hesabatlarda Azərbaycan aşağı pillələrdə yerləşir. KİV nümayəndələri vəziyyəti “Toplum TV” - yə şərh edib. Qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb.
Seçilmiş Videolar