Multimedia

Avto dayanacaqlardan yığılan pullar hara gedir?

Nuray Kamal
9 Sentyabr, 2022
739

Bakıda dövlətə məxsus olan parking ərazilərində parklama ödənişsizdir. Bəzi yerlərdə parklamanın ödənişsiz olduğunu göstərən lövhələr də qoyulub. Buna baxmayaraq sarı jiletli şəxslər yolların kənarında duraraq sürücülərdən parklama üçün pul tələb edir. Sürücülər parklanma üçün onlardan pul tələb edildiyini desə də, parkinq nəzarətçisi bildirir ki, bu könüllüdür, kim istəsə pul verir. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov parklanmada olan nizamsızlığın səbəbini dövlətə məxsus olan parklanma ərazilərinin dəqiq ünvanlarının açıqlanmamasında görür. O deyir,parklanmanın ödənişsiz olduğunu göstərən lövhələr sürücüdən pul tələb edilməsinin qarşısını ala bilmir.Eldəniz Cəfərov deyir, market və ticarət mərkəzlərinin ərazisində olan parklanma yerləri də dövlətə məxsusdur. 

Həmin ərazilərdə də sürücüdən heç kəs pul tələb etməməlidir. Parklanma pulsuz olsa da, hər maşından 50 qəpik, 1 manat alınır. Sürücülər bu pulların hara getdiyini sual edir. Eldəniz Cəfərov da deyir ki, yığılan pullar dövlət tərəfindən nizamlansaydı, nəqliyyat sahəsindəki bir çox problemi həll etmək olardı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Bakıda sorğu: Gənclər niyə iş tapa bilmir?

Toplum TV
29 Sentyabr 2023

Toplum Tv

Bakıda sorğu: Gənclər niyə iş tapa bilmir? Ali təhsil almış gənclər müxtəlif səbəblərdən iş tapmaqda çətinlik çəkir. Bu haqda şəhər sakinlərinin fikirlərini öyrəndik.
Multimedia

İctimai fəal Bəxtiyar Hacıyevə görə həbs olunduğunu deyir

Fərid İsmayılov
28 Sentyabr 2023

Toplum TV

İctimai fəal Rail Abbasovun sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. Vəkil Zibeydə Sadıqovanın onun ev dustaqlığına buraxılması üçün verdiyi şikayət təmin olunmayıb. Rail Abbasov sentyabrın 20-də saxlanılıb. O, külli miqadarda dələduzluqda ittiham olunur. Özü isə ittihamları qəbul etmir.

Seçilmiş Videolar

Toplum TV loqo