Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.
Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir.
"Toplum TV" paytaxt sakinləri ilə hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib.
Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib. Dirəyi Türkiyənin "Çimtaş" şirkəti istehsal edib. Ümumi hündürlüyü 191 metr olan dirək əvvəlkindən 29 metr uzun olacaq. Hazırda bayraq dirəyinin quraşdırılması prosesi gedir.
Əvvəlki dirək dünyanın ən hündür bayraq dirəyi olaraq 2010-cu ildə Ginnes dünya rekordları kitabına düşmüşdü. Ancaq bir neçə həftə sonra Tacikistanın daha uca bayraq dirəyi inşa etməsi ilə Azərbaycan birinciliyini itirdi. Bu bir neçə həftəlik liderlik Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlmişdi. 2009-cu ildə quraşdırılan bayrağın yalnız dirəyi 4 milyon manat dəyərində idi. Bu məbləğin 20 milyon manatı Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il...