Multimedia

Azərbaycanda dərmanlar niyə bahadır?

Roza Məmmədova
23 Noyabr, 2022
336

Samirə Məmmədova zob xəstəsidir. Deyir ölkədə dərmanlar ya bahadır, ya da tapılmır. Bu səbəbdən o, dərmanlarını xaricdən gətirdir.
 
Toplum Tv xəbər verir ki, dərman qiymətlərini Tarif Şurası tənzimləyir. Şuranın rəsmi saytında olan məlumata görə, ümumilikdə 13 493 dərman vasitəsi dövlət qeydiyyatından keçib. Amma ölkəyə gətirilən bütün dərmanların qiymətinə şura nəzarət etmir.
 
Məsələn, Samirə Məmmədova qəbul etdiyi "rocatrol" dərmanını özəl şirkətdən 34 manata ala bilir. Halbuki qonşu Türkiyədə bu dərman 6 dəfə ucuzdur. Azərbaycanda bu dərmana alternativlər kapsula formasında deyil, damcı formasında satışdadır. Məsələn, 10 ml d-ferol Türkiyə 2,40 qəpik olduğu halda, Azərbaycanda 15 manatdır. 

Jurnalist Şahvələd Çobanoğlu uzun illər Azərbaycanda dərman sahəsini araşdırıb. Deyir son 10 ildə vəziyyət dəyişməyib. Hətta o özü də dərmanını başqa yerdən gətirtməli olur.

Deputat Rüfət Quliyev deyir Milli Məclisdə xarici dərman şirkətlərinin nümayəndələrini qəbul edib, onları dinləyiblər. Parlament nümayəndəsinin görə, çıxış yolu birdir: Türkiyə şirkətlərini ölkəyə dəvət etmək.

Beynəlxalq insan hüquqları sənədlərinə görə, səhiyyə xidmətləri və imkanları hər kəs üçün mövcud, əlçatan, uyğun və keyfiyyətli olmalıdır. Azərbaycanda isə dərmanların bahalığı ilə yanaşı keyfiyyəti də mübahisə mövzusudur.

Azərbaycanda dərman sahəsindəki problemlərdən vətəndaş da xəbərdardır, dövlət nümay əndələri də. Problemsə qalmaqdadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Göygöldə yarım əsr davam edən problem...

Fərid İsmayılov
25 Sentyabr 2023

Toplum TV

Dozular kəndini Göygölün mərkəzi ilə 36 km ayırır. 2018-ci ildə yerli media Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulduğunu bildirib. Kəndin girişlərindən birinə 20-25 ailənin yaşadığı yerə qədər asfalt örtüyü çəkilib. Lakin davam edən avtomobil yolundakı vəziyyət heç də ürək açan deyil. Asfalt əvəzinə qum və çınqıl var.
Multimedia

Yevlax görüşü: Bakı sakinləri nə düşünür?

Toplum TV
22 Sentyabr 2023

Toplum TV

Sentyabrın 21-də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax rayonunda görüş keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo