Vüsal Hüseynov 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olub. O, müharibəyə qədər Yevlax rayonunda Sərhəd qoşunlarında xidmət edirmiş. Müharibə başlayandan sonra isə Füzuli istiqamətindəki döyüşlərə qoşulub.
Vüsal Hüseynov ölümündən sonra "Vətən Uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. Vüsal Hüseynov noyabrın 8-də, Zəfər günü Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Vaqif Mərdanov 2001-ci ildə anadan olub.
Hövsan kəndində 118 nömrəli məktəbdə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
19 yaşlı Vaqif İkinci Qarabağ müharibəsində noyabrın 3-ü Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.