"Azərsu" Şəkidəki köçkünlərin içdiyi su ilə bağlı açıqlama verdi
Açıq mənbələrdən götürülüb
“Azərsu” QSC-nin sözçüsü Anar Cəbrayıllı "Toplum TV"-yə söyləyib ki, Şəkinin Çələbixan qəsəbəsində məcburi köçkünlərin istifadə etdiyi sudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəriciləri artıq məlumdur.
"Bütün göstəricilər standartlar çərçivəsindədir. İndi isə bakterioloji nəticələri gözləyirik. Bu gün, ya sabah nəticələr bəlli olacaq".
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov isə deyib ki, su nümunələrinin cavabları 5 gün sonra bilinəcək.
İyulun 19-da xəbər yayılıb ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Eyni gündə qəsəbədə 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.
https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi
Qəsəbə sakinlərinin "Toplum TV"-yə dediyinə görə, zəhərlənənlərin sayı açıqlanan rəqəmdən daha çoxdur: "Sudan zəhərlənən yüzlərlə xəstə var. Zəhərləndiyi deyilən 58 nəfər qəsəbə xəstəxanasının qəbul edə bilmədiyi xəstələrdir ki, rayon xəstəxanasına göndərilib".
İlkin olaraq sakinlərin sudan zəhərləndiyi ehtimal edilir.
Hadisədən sonra Azərsu QSC və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu açıqlama yayıb. Onlar sudan nümunələr götürüldüyünü və məsələnin araşdırılacağını bildiriblər.
"Toplum TV" məsələni diqqətdə saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"
Toplum TV