Multimedia

Babək Səmidlinin ittihamları - Prokurorluq və deputatlar susur

Fərid İsmayılov
25 Oktyabr, 2022
1297

Oktyabrın 21-də şəhid polkovnik Babək Səmidlinin Meydan TV-də yayılan səs yazısı orduda qohumbazlıq, korrupsiya və pis idarəetmə ilə bağlı müzakirələrə yenidən yol açıb. 

Ölümündən öncə yazıldığı iddia olunan söhbətdə Babək Səmidli 

sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovu ordunu doğru idarə edə bilməməkdə ittiham edir, Azərbaycan və Ermənistan ordularının döyüş potensialı barədə bilərəkdən yanlış məlumatların çatdırıldığını söyləyir. 

Nəcməddin Sadıqovla bağlı iddialar yeni deyil. Hələ 2020-ci il iyulun 14-də Qarabağda hərbi əməliyyatlar tələbi ilə küçəyə çıxan insanlar həmçinin Sadıqovun istefasını tələb etmişdilər. 

Nəcməddin Sadıqov ordu rəhbərliyindən uzaqlaşdırılsa da, onun fəaliyyəti ilə bağlı hər hansı araşdırmanın aparıldığı barədə ictimaiyyətə məlumat verilməyib. 

Babək Səmidlinin səsyazısında səsləndirilən ittihamlar doğrudursa, keçmiş baş qərargah rəisi və ordu rəhbərliyində olan bəzi başqa şəxslər həmçinin böyük sayda insan itkisinə səbəb olan vəzifə cinayətləri törətməkdə günahlandırıla bilər. 

Prokurorluqdan Toplum TV-nin məsələ ilə bağlı sorğusuna cavab bildirməkdən imtina olunub.

 Milli Məclisin deputatları isə hələ sükut içindədir. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvlərindən məsələ ilə bağlı deputat sorğusu göndərib göndərməyəcəklərini soruşduq:

"Elman Məmmədov: Məlumatlı deyiləm

Arzu Nağıyev: Danışmaq istəmirəm bu barədə

Hikmət Babaoğlu: Tanış deyiləm, şərh edə bilməyəcəm

Nizami Səfərov: Görməmişəm, səfərə gedirəm, danışa bilməyəcəm."

Səs yazısının həqiqətən Babək Səmidliyə aidliyi və orada sözü gedən ittihamların əsaslı olub olmamasını hüquq mühafizə orqanları araşdırmalıdır. Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, prokurorluq bundan ötrü nə zərərçəkənlərin ərizəsini, nə də deputat sorğusunu gözləməlidir. 

Babək Səmidlinin səs yazısında 44 günlük müharibənin idarəetmə problemlərindən danışılır. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan 3000-dən artıq hərbçisini itirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Milli Məclisin önündə etiraz: “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar”

Nuray Kamal
29 Noyabr 2022
Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.
Multimedia

“Naxçıvanlıların üzünə sevinc gəlib”-həbslərə və ixtisarlara reaksiya

Aytac Məmmədli
29 Noyabr 2022
Bu günlərdə Naxçıvanda baş verən hadisələr gündəmdir.  Muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində addımlar atıldığı görünür. Təkcə dünən Naxçıvan Dövlət Gömrük Komitəsinin ləğv edildiyi, maliyyə nazirinin həbs edildiyi xəbərləri gəlib. AXCP Naxçıvan Təşkilatının sədri Yaşar Bağırsoy Naxçıvan camaatının əhval-ruhiyyəsinin yüksək olduğunu deyir. Bakıda isə hadisələrə reaksiyalar fərqlidir. Bəziləri düşünür ki, Naxçıvanın Muxtar respublika statusu ləğv ediləcək, bəziləri də deyir ki, bunlar, sadəcə kosmetik dəyişikliklərdir

Seçilmiş Videolar

Toplum TV loqo