Multimedia

Babək Səmidlinin səs yazısı - Meydan TV-ni nə gözləyir?

Məzahir Abdurahmanov
Roza Məmmədova
24 Oktyabr, 2022
741

“Meydan TV”-nin baş redaktor Aynur Elgünəşin bəhs etdiyi səs yazısı İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidliyə məxsusdur. “Meydan TV” polkovnikin müharibədən az sonra, ölümündən isə bir neçə gün əvvəl dediyi fikirləri sosial şəbəkələrdə paylaşıb.  

Paylaşılan bu səs sosial şəbəklərdə müzakirələrə səbəb olub. Aynur Elgünəşin sözlərinə görə, bu səs bir ildən çoxdur ki, “Meydan TV” də olub. 

O bildirir ki, “Meydan TV”-yə qarşı hansı təhlükələrin olacağını təxmin edə bilmirlər. 

Hüquq müdafiəçisi Xalid Ağaliyev “Toplum TV”-yə müsahibəsində söyləyir ki, “Meydan TV” məlumatı oğurlamayıbsa, məsuliyyət daşımır. 

Hüquq müdafiəçisi hesab edir ki, qanunsuz olsa da “Meydan TV” basqılara məruz qala bilər. 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aqil Abbas “Toplum TV”-yə açıqlmasında bildirib ki, “Meydan TV”-ni heç bir təhlükə gözləmir. 

Meydan TV-nin feysbuk hesabında paylaşılan məlumata əsasən, polkovnik Babək Səmidlinin Azərbaycan Ordusu ilə bağlı ikinci səs yazısı yayımlanacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo