Multimedia

Bakı ilə Quba arasında batan 550 milyon manat

Aytac Məmmədli
Sənan İsmayıl
5 İyul, 2022
429

Büdcə hesabına tikilən, 30 il xidmət edəcəyi vəd olunan yol 14 il sonra yenidən salınır, cinayət işindən xəbər yoxdur 

Bu il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir-bərpa işlərinə başlayıb. 

Bakının “Şamaxinka” deyilən ərazisində dayanan taksi sürücüləri də yolun adını eşidən kimi şikayətlənməyə başlayırlar. 

Sürücülərin dediyinə görə, söküntülər səbəbindən yolda hərəkət çətinləşib.

Bakı-Quba yolunda sürücü işləyən Asim Məhərrəmovun sözlərinə görə, son zamanlar bu yolda qəzaların da sayı çoxalıb:

"Tək xətdir deyə yük maşınlarının arxasına düşüb uzun müddət getməli olursan. Qəza şəraiti yaranır."

https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi

30 ildən çoxdur sürücü işləyən Yaşar Şirinov isə hesab edir ki, yolların tez-tez dağılmasının səbəbi keyfiyyətsiz salınmasıdır:

"Keyfiyyətsiz çəkilib. Yolun altına torpaq yox, çınqıl tökmək lazımdır. Ona görə də dağılıb gedir". 

Xatırladaq ki, yolun tikintisinə ilk dəfə "Akkord" şirkəti tərəfindən 2008-ci ildə başlanılıb. Rəsmi məlumata görə, birinci layihəyə ümumilikdə 550 milyona yaxın vəsait xərclənib. 

İqtisadçı Rəşad Həsənovun qənaətinə görə, bu tip problemlərin kökündə cəzasızlıq dayanır.

«Burada dövlət vəsaitinin qeyri-səmərəli xərclənməsinin kifayət qədər böyük simptomları görünür. Bu ölkədə heç bir halda məmurlar yeyintilərinə, icmaların iqtisadiyyatına, sosial həyatına, rifahına vurduğu zərərə görə cəzalandırılmırlar».

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov da ötən il keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, yolun çəkilişində müəyyən qüsurlara yol verilib. 

«Azərbaycanda çəkilən ilk beton yol olduğu üçün ola bilsin ki, tikinti zamanı müəyyən qüsurlara yol verilib.»

Bakı-Quba yolunun tikintisində yol verilən qüsurlara görə hər hansı cinayət işinin başlandığı barədə heç bir məlumat yoxdur.

Bu arada Akkordun keçmiş rəhbəri İlqar Hacıyev mediaya müsahibələrində keçmiş baş prokuror Zakir Qaralovun şirkətin faktiki ortaqlarından biri olduğunu və əsas sifarişləri məhz onun əlaqələri  hesabına aldıqlarını demişdi. Qaralov 2020-ci ildən bəri daha baş prokuror deyil. Yol tikintisində göyə sovrulan büdcə vəsaitləri ilə bağlı hər hansı cinayət araşdırmasından isə hələ də söhbət getmir. 

 Baş Prokurorluqdan mövzu ilə bağlı sorğumuza cavab vermədilər.
 

Multimedia

Bakıda Misir Qasımlıya dəstək aksiyası keçirilib 

Samirə Əli
16 Avqust 2022
Müharibə veteranlarının təşkilatçılığı ilə avqustun 16-da Ukraynanın Bakıdakı səfirliyi yanında İkinci Qarabağ müharibəsinin iştirakçısı Misir Qasımlıya qarşı cinayət təqibinə son qoyulması tələbilə aksiya keçirilib.    Aksiya iştirakçılarının sözlərinə görə, Qasımlı uydurma ittihamla həbs edilib. O, bir il öncə hansısa erməni əsilli əcnəbi ilə baş vermiş insidentlə əlaqədar təqib olunur.    Rusiyada yaşayan Misir Qasımlı müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollanıb. Müharibədən sonra Ukraynaya gedib işlərini davam etdirirdi. Qasımlının sözlərinə görə, Elə orada həmin əcnəbi ona narkotik satmağı təklif edir, lakin o bu təklifi qəbul etmir və həmin əcnəbini maşından qovur. Bir neçə saat sonra Qasımlı Ukrayna polisləri...
Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...

Seçilmiş Videolar

Toplum TV loqo