Multimedia

Bakıda aksiya: Qadınlar İran səfirliyi önündə saçlarını səpələdi

Samirə Əli
29 Sentyabr, 2022
450

Bakıda bir qrup vətəndaş İranın Azərbaycandakı səfirliyi önündə etiraz edib.

Bir neçə gündür İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub. Qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.

Bakıda keçirilən aksiya zamanı etirazçılar səfirliyin binası önünəə qadın saçlarını ataraq dəstəklərini ifadə ediblər.

İştirakçılar "Azadlıq, ədalət, milli hükumət" şüarı ilə çıxış ediblər.

Piket bir neçə dəqiqə davam edib. Daha sonra iştirakçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo