Multimedia

Bakıda aksiya: "Sərhədləri açın!"

Samirə Əli
20 İyul, 2022
330

Bakıda “ Ölkənin quru sərhədlərini açın!” tələbilə iyulun 20-si aksiya keçirilib. Aksiyanın keçirilməsi Nazirlər kabineti önündə planlaşdırılsa da, qurumun önünə gəlmək istəyən iştirakçılar mühafizə və polis əməkdaşları tərəfindən uzaqlaşdırılıb. 

Etirazçılar təyyarə biletlərinin baha olması, sərhəd bölgələrində yaşayan və kiçik bizneslə məşğul olanların,eləcə də müalicə üçün aylardır qonşu ölkələrə gedə bilməyən vətəndaşların problemlərinə diqqət çəkib.  

Aksiyanın təşkilatçısı Tofiq Yaqublu və digər etirazçılar polis əməkdaşları tərəfindən saxlanılıb və ərazidən uzaqlaşdıırlıblar. 

Daxili işlər nazirliyi aksiyadan bir gün öncə mediaya icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşsını müvafiq tədbirlərlə alacaqları ilə bağlı məlumat vermişdi. Aksiyada saxlanılan iştirakçılar bir neçə saat sonra sərbəst buraxılsa da, iştirakçılardan biri Əziz Məməliyev 30 sutka inzibati həbs edilib. 

Azərbaycan koronavirus pandemiyasına görə, iki ildən çoxdur quru sərhədləri bağlayıb.  

Nazirlər kabinetinin qərarına əsasən tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədlərin bağlı qalması hələ də aktualdır. Şikayətçilər isə bu qərarı əsassız hesab edir.

Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...
Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 

Seçilmiş Videolar

Toplum TV loqo