Multimedia

Bakıda boru partladı, avtomagistral su altında qaldı

Vüsalə Mikayıl
16 Oktyabr, 2022
485

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərində qəza baş verib, Bakı-Qazax avtomagistralı su altında qalıb. 
 
Hadisə gecə Qaradağ rayonu ərazisində baş verib. Nəticədə yollarda uzun tıxac yaranıb.  
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və  texnikaları vasitəsilə yolların sudan təmizlənməsinə başlanılıb. 

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayılov qəzanın borularının uzun müddətli istismar olunduğu üçün baş verdiyini deyib.  

Baş Nazirin müavini Şahin Mustafayev əraziyə baş çəkib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo