Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən aksiya keçirilib. Etiraz aksiyası 40 dəqiqədən çox davam edib. AXCP-nin təşkil etdiyi aksiyaya Müsavat, ADR, ADP-nin üzvləri də qoşulub. Aksiya əvvəldən saat 16:00-a təyin edilsə də, bir saat əvvəldən polis qüvvələri icra hakimiyyəti binası ətrafındakı ərazini müşahidə altına götürüb.
Təxminən saat 15:40-dan etibarən polis İçərişəhər metro stansiyası qarşısındakı meydanda aksiyaya gələn iştirakçıları saxlamağa başlayıb. Etirazçılar qruplar şəklində "Azadlıq!", "İstefa!", "Siyasi məhbuslara azadlıq!" şüarları səsləndiriblər.
Etirazçılar saxlanılaraq polis maşınlarına və xüsusi avtobuslara mindiriliblər. Saat 16:20 radələrində aksiya metronun "İçəri şəhər" stansiyasının qarşısında başa çatıb.
Qeyri-rəsmi məlumatlara görə, təxminən 100 nəfərə yaxın şəxs saxlanılıb.
Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin sərbəst toplaşmaq azadlığının təmin edilməsi, siyasi məhbusların azad edilməsi, azad seçki, islahat və quru sərhədlərinin açılması tələbi ilə təyin etdiyi aksiya keçirilməsinə icazə verməmişdi.
Daxili İşlər Nazirliyindən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb, iştirakçılar ərazidən uzaqlaşdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsulzadənin doğum günü: "Hakimiyyət iyrənc mübarizə aparır"