Bakıda İran parlamentinin spikeri ilə nə müzakirə ediləcək?
Son günlər Azərbaycan tərəfinin İrana qarşı səsləndirdiyi bəyanatlar gündəm mövzusuna çevrilib. Qafqaz Müsəlmanları İdarəsi oktyabrın 29-da İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı bəyanat yayıb. Qafqaz Müsəlmanları İdarəsi bundan öncə İran İslam Respublikasını açıq tənqid edən çıxış etməmişdi.
Həmçinin oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər son zamanlar regionda yaranmış vəziyyəti müzakirə ediblər.
Belə ki, yaxın günlərdə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri gözlənilir.
Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranın Azərbaycana qarşı tez-tez təhdidedici iddialarla çıxış etməsinə diqqət çəkir. Deyir, 30 ildir qanunsuz şəkildə İran avtomobillərinin Gorus-Qafan yolunun Azərbaycan hissəsindən istifadəsi, ötən ildən Azərbaycanın bunu qadağan etməsi faktından sonra da İran Azərbaycanı təhdid edirdi.
“ Azərbaycanla münasibətlərdə də bir gərginlik yaradır İran. Bunu ötən ilin təcrübəsindən çıxış edərək deyirəm. Bu gərginliyin ardınca İran Azərbaycana xoşməramlı nümayəndə heyəti göndərməyə başlayır. Bu gün də həmin hadisələr baş verir. İran Azərbaycanla sərhəddə üçüncü hərbi əməliyyatını keçirir. Bu hərbi əməliyyat əvvəlkilərdən daha geniş miqyaslı idi. Belə ki, hərbi əməliyyatlar həm Azərbaycan, həm də Türkiyə ilə sərhəddə keçirilir. Bu İranın özünəməxsus mesajlarından biridir”,-deyə əlavə edib.
Sədrəddin Soltan düşünür ki, Azərbaycan tərəfi təmkinli davranır. Deyir, İranın Bakıya gələcək nümayəndəsinə veriləcək suallar çoxdur.
Bundan bir həftə öncə Azərbaycanın dövlət televiziya kanalı İranın, Rusiyanın apardığı siyasətini tənqid edən material hazırlamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsulzadənin doğum günü: "Hakimiyyət iyrənc mübarizə aparır"