Multimedia

Bakıda Misir Qasımlıya dəstək aksiyası keçirilib 

Samirə Əli
16 Avqust, 2022
320

Müharibə veteranlarının təşkilatçılığı ilə avqustun 16-da Ukraynanın Bakıdakı səfirliyi yanında İkinci Qarabağ müharibəsinin iştirakçısı Misir Qasımlıya qarşı cinayət təqibinə son qoyulması tələbilə aksiya keçirilib.   

Aksiya iştirakçılarının sözlərinə görə, Qasımlı uydurma ittihamla həbs edilib. O, bir il öncə hansısa erməni əsilli əcnəbi ilə baş vermiş insidentlə əlaqədar təqib olunur.   

Rusiyada yaşayan Misir Qasımlı müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollanıb. Müharibədən sonra Ukraynaya gedib işlərini davam etdirirdi. Qasımlının sözlərinə görə, Elə orada həmin əcnəbi ona narkotik satmağı təklif edir, lakin o bu təklifi qəbul etmir və həmin əcnəbini maşından qovur. Bir neçə saat sonra Qasımlı Ukrayna polisləri tərəfindən saxlanılır.   

Misir Qasımlının anası Xalidə Qasımova deyir ki, oğlunun şikayət edənə güc tətbiq etməsinə dair heç bir sübutun olmamasına baxmayaraq, o həbs edilib və iş hazırda Apellyasiya Məhkəməsindədir. Xalidə Qasımova dövlət qurumlarının məsələyə diqqət göstərməsini tələb edir:   

“ Rəsmi olaraq hələki heç bir kömək yoxdur. Kömək var e,amma ciddi bir reaksiya yoxdur. Mehriban xanımın müavininə, Hikmət Hacıyevə, Xarici işlər nazirliyinə müraciətlər eləmişəm, hələki bir cavab yoxdur. Səfirliyin nümayəndəsi məhkəmədə iştirak edib, sadəcə prosesi izləyib”,-deyə Qasımlının anası əlavə edib.  

Aksiya iştirakçıları Ukrayna hökumətindən Misir Qasımlıya ədalətli hökm çıxarmasını tələb ediblər.   

Polis toplaşanların səfirliyin binasına yaxınlaşmasına icazə verməyib, ona görə də iştirakçılar diplomatik missiyanın binasından bir neçə yüz metr aralıda bəyanat oxuyublar. Daha sonra həmin bəyanat Ukrayna səfirliyinə təqdim edilib.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo