Multimedia

Bakıda Ukrayna səfirliyi qarşısında aksiya keçirilib

Samirə Əli
3 Oktyabr, 2022
189

Bakıda Ukrayna səfirliyinin qarşısında həbsdə olan Misir Qasımlıya dəstək aksiyasi keçirilib. Misir Qsımlı bir ildən çoxdur ki, Ukraynada həbs olunub. 

Etirazçılar oktyabrın 3-də keçirdikləri nümayişdə Misir Qasımlıya qarşı açılmış cinayət işinin saxta olduğunu bildirib və hökumətdən ədalət tələb edib.. Aksiya bir qrup müharibə veteranının, Azərbaycan Vətənpərlər partiyasının təşkilatçılığı ilə baş tutub. 

İştirakçılar bildirir ki, Misir Qasımlı bir il öncə bir erməni əsilli əcnəbi ilə baş vermiş insidentlə əlaqədar həbs olunub. Onlarin Sözlərinə görə, bundan öncə Ukrayna səfirliyinə iki dəfə bəyanat təqdim etsələr də, səfirlik həmin müraciətləri Ukrayna dövlərinə çatdırmayıb və araşdırma ilə bağlı heç bir geridönüş edilməyib: 

Aksiya iştirakçıları sonda səsləndirdikləri bəyanatı səfirliyin nümayəndəsinə çatdırmaq istəyiblər. Amma səfirliyin binasını mühafizə edən polis əməkdaşları söyləyib ki, nümayəndə yalnız media mənsubları ərazidən uzaqlaşdıqdan sonra iştirakçıları qəbul edə biləcəyini bildirib.  

Rusiyada yaşayan Misir Qasımlı müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollanıb. Müharibədən sonra o Ukraynaya gedib. Etirazçılar Misir Qasımlı azad olunana qədər silsiləvi aksiyalar keçirəcəklərini bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Samirə Əli
1 Dekabr 2022
Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.  Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib  2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.  Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların...
Multimedia

Müsəlman Birliyi Hərəkatı mətbuat konfransı keçirib

Fərid İsmayılov
30 Noyabr 2022
Müsəlman Birliyi Hərəkatı mətbuat konransı keçirib. 30 noyabrda baş tutan konfransda hərəkatın İH üzvü Ağaəli Yahyayev son dönəmlərdə üzvlərinə qarşı siyasi basqıların artmasına diqqət çəkib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə aclıq aksiyasını davam etdirir. Bunu həyat yoldaşı Leyla İsmayılzadə deyib. Taleh Bağırzadə 26 noyabr 2015-ci il tarixində Nardaran qəsəbəsində hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilmiş Videolar

Toplum TV loqo