Multimedia

Bakıda yaşıllıq azaldıqca bu xəstəliklər yayılır 

Samirə Əli
19 Avqust, 2022
492

Bir azərbaycanlıya düşən yaşıllığın sahəsi dünya ortalamasından 2,4 dəfə azdır.  

Rəsmi statistikaya görə, ölkədə adambaşına 0.2 hektar yaşıllıq düşür. Dünyada bu rəqəm ortalama olaraq 0.48 hektardır.  

Bəlkə elə bu səbəbdəndir ki, Azərbaycanda bəzi xəstəliklərə yoluxanların sayı ildən ilə artır.  

Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının şöbə müdiri Cavanşir Məhərrəmov ölkədə yaşıllığın azalmasından qaynaqlanan 3 problemə diqqət çəkir: 

"Oksigen az olan mühitdə bir çox xəstəliklər çoxalır. Çirklənmiş havada oksigen əksikliyi tənəffüs sistemimizin bir-sıfır geridə başlamasına gətirib çıxarır. 
Odur ki, dünya əhalisinin təxminən 20 milyona qədəri astma xəstəliyindən əziyyət çəkir. Bu da tənəffüs sistemimizin əsas və əziyyətverici xxəstəliklərindən biridir. İkinci etapda  bu tənəffüs əksikliyi iş qabiliyyətimizin zəifləməsinə gətirir. Ürək-damar xəstəliklərinin geniş vüsət almasına səbəb olur.  Parkların olması bizim sinir sistemimizin müsbət mənada rahatlamasına gətirib çıxarır", - deyə həkim əlavə edib. 

https://toplum.tv/multimedia/nabran-turistlerin-qoydugu-iz

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2019-cu ildə qeydə alınan 1 milyon 936 min 715 nəfər xəstənin təqribən 40 faizi  -  771.571 nəfəri tənəffüs orqanlarındakı problemlərdən şikayətçi olub.  
 
Maraqlıdır ki, pandemiya vaxtı, koronavirus infeksiyasının yayıldığı dövrdə bu göstərici artmayıb, əksinə azalıb. 2020-ci ildə tənəffüs orqanlarından əziyyət çəkən 677.346 nəfər olub -  ümumi xəstələrin 37 faizi.  

Həmin dövrdə Azərbaycanda zərərli maddələrin atmosferə atılması da azalıb.  

2019-cu ildə Azərbaycanda atmosferə atılan çirkləndirici maddə həcmi 1 milyon 122 min ton olub. Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq edilməyə başladığı 2020-ci ildə bu rəqəm 25 faiz və ya 300 min tona yaxın azalıb. 
 
Ətraf mühiti məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, yaşıllığın azalmasının ilkin səbəbi mərkəz hissədə torpaq qiymətlərinin kəskin artmasıdır. 

“Bu mənada mən Neftçilər ərazisini və ətrafını xüsusilə qeyd etmək istəyirəm. Burada əhali sıx yaşayır və burada yaşıllıq olan ərazilər ona görə qırıldı ki,  çoxlu sayda ictimai iaşə obyektləri yaradıldı. Neftçilər metrosu ilə Xalqlar dostluğu arasındakı yolun sağ və solunda həmişə yaşıllıq olub. Bəs indi niyə görə bilmirik? Çünki çoxlu restoran-kafelər, mağazalar tikildi”, - deyə ekspert bildirib. 

Bugünlərdə paytaxt Bakıdakı yaşıllıq sahələri ilə bağlı maraqlı rəqəm açıqlanıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nümayəndəsinin sözlərinə görə, indi paytaxtın 213 min 500 hektar olan inzibati ərazisinin 11 min 528 hektarı yaşıllıq sahələri və açıq məkanlardır. Bu o deməkdir ki, yaşıllıq sahələri Bakının cəmi 5.43 faizini tutur. Bakının baş plan layihəsində həmin göstəricinin 2040-cı ilədək 10 faizə yüksəldilməsi nəzərdə tutulur. 

https://toplum.tv/multimedia/kecilmez-buzovna-yollari
 
Ekspert Bakıdakı bir sıra təşkilatların, universitetlərin hasarlanması probleminə diqqət çəkir. Deyir vaxtilə park olmuş əraziləri indi universitetlər hasarlayaraq yaşıllıq ərazisini zəbt edir: 

“Tibb universitetinin hasarlandığını görürük, amma vaxtilə orada böyük park vardı .Nə olsun ki, indi bina var?  BDUnun ərazisi vaxtilə açıq idi. Amma indi ora girmək mümkün deyil. İnsanlar istirahət günlərində həsrətlə dəmir barmaqlarının arxasından ora baxırlar” 
 
Azərbaycan Diplomatiya Akademiyası da böyük yaşıllıq sahəsinin yerində inşa edilib. Vaxtilə böyük bir ərazini tutan ağaclığın yerində Akademiya ilə yanaşı daşla döşənmiş Dədə Qorqud parkı da var. Onun mərkəzində daşdan yonulmuş ağac heykəli ucalır.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo