Multimedia

Çantaya yamaq vurub uşağı məktəbə göndərəcəyəm

Nuray Kamal
23 Avqust, 2022
581

Yeni tədris ilinin başlanmasına 1 aydan az müddət qalıb.

Alış-verişə hazırlaşan valideynləri ən çox maraqlandıran məktəb ləvazimatarı və məktəbli formalarının qiymətləridir. Yarmarkalardakı qiymətlər mağazalardakı satış qiymətindən ucuzluğuna görə fərqlənir.

Məktəb ləvazimatları yarmarkasının satıcısı deyir ki, elə bu səbəbdən də burada alıcıların sayı çoxdur.Alıcılar isə ləvazimatların qiymətlərindən gileylənir. Deyirlər hər il qiymətlər artır. Bu da büdcələrinə uyğun gəlmir. Formaların qiymətindən isə razı olanlar da var, olmayanlar da. Bakı Tikiş evində qiymətlər belədir:

Oğlanlar üçün:

polo köynək-14 manat

şalvar- 25 manat

jaket- 27 manat

Qızlar üçün:

polo köynək- 14 manat

şalvar- 25 manat

jaket- 27 manat

ətək- 25 manat

Multimedia

Ekspertlər: Avropa deputatlarının sanksiya çağırışı sülhə xidmət etmir

Roza Məmmədova
8 Oktyabr 2022
Parlamentindəki bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar tələbilə çıxış edib. Azərbaycanı təcavüzkar adlandıran deputatlar İttifaqın beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycanla qaz müqaviləsini də dayandırmağı istəyib.  Konfliktoloq Arif Yunus deyir ki, sanksiya Avropa ittifaqının vasaitəçiliklə bağlı mövqeyini şübhə altına qoyur. Deputat Hikmət Məmmədov isə düşünür ki, Azərbaycanın əleyhinə çıxış edən deputatlar qərəzlidirlər.  Yeri gəlmişkən, deputatlara cavabında Josep Borel də Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini deyib. Və bildirib ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir. Sentyabrın 12 və 13-də Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə...
Multimedia

Qazilər: Problem həll olunmur, buna görə də...

Fərid İsmayılov
7 Oktyabr 2022
Oktyabrın 7-də II Qarabağ müharibəsi qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.  Qazilər deyir ki, sosial durumları ağırdır, çünki nə əlillik dərəcəsi ala bilirlər, nə də iş tapa bilirlər.  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Toplum TV-yə qazilərin təkrar komissiyadan keçiriləcəyini bildirib.  44 günlük müharibədən sonra vaxtaşırı qazilər ƏƏSMN önündə etiraz aksiyası keçirir. Onlar sosial problemlərini və əlillik dərəcələrini düzgün təyin olunmadığını dilə gətirir. 44 qazi isə intihar edib.

Seçilmiş Videolar

Toplum TV loqo