Multimedia

Çayxana söhbətləri 1: Qəhrəmanlar parkı

Roza Məmmədova
16 İyun, 2022
226

"Toplum TV” Tərtərin Qəhrəmanlar parkındakı çay evində sorğu keçirib.  Günün bir hissəsini çayxanada keçirən tərtərlilər ölkə, dünya gündəmi və məişətlə bağlı suallara cavab veriblər.

Tərtər çay evindəki söhbətin mövzuları:

* Ukrayna Rusiya müharibəsi haqqında nə düşünürsünüz?

* Formula 1 

* Tərtərin deputatı?

* Qazilər niyə intihar edir?

* Prezident olsaydınız, nəyi dəyişərdiniz?

Bu kimi suallara maraqlı cavablar verən də var, söhbətdən yayınan da. Yeganə istirahət yerləri çayxana olan tərtərlilərin söhbətləri ilə bu videoda tanış ola bilərsiniz.

Multimedia

Vəkil: Arvadını döyən kişilər canını cərimə ilə qurtarır

Sənan İsmayıl
6 İyul 2022
13 il əri tərəfindən müxtəlif işgəncələrə məruz qalmış qadın artıq 4 aydır ki, uşaqları ilə birlikdə qadın sığınacağında yaşayır. Dediyinə görə, bu illər ərzində əri onu evə həbs edib, xırda səbəblərdən döyüb. Bədənində bıçaq, balta izləri indiyədək qalır.  “Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyir, hətta sığınacaqdakı qadınlar da bəzən təhlükə altında qalır. Onun dediyinə görə, qadınların qaldığı yer barədə kimsə xəbər çatdıranda, ailə üzvləri gəlib, həm qadını, həm sığınacaq işçilərini təhdid edirlər.  Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, ölkədə qadın hüquqları yetərincə qorunmur. Vəkil hüquq mühafizə orqanlarının da bu məsələyə qeyri-ciddi yanaşdığını düşünür. Onun sözlərinə görə, məişət zorakılığına görə...
Multimedia

Vətəndaşın 500 min dollarını kim qaytaracaq?

Məzahir Abdurahmanov
5 İyul 2022
2010 –cu ildə aldadıldığını deyən Kamal Şabanov Toplum TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçidir ki, 100 sot torpaq satmaq adı ilə ondan 500 min dollarını alanlar hələ layiqli cəzasına çatmayıb. Kamal Şabanov Oqtay Vəliyev və Rauf Namazov adlı şəxsləri günahlandırır, onlar da bir-birini. Rauf Namazov Şabanovun və digər bir neçə şəxsin etibarından sui-istifadə edib pullarını dələduzluqla almaq ittihamı ilə 11 il həbsə məhkum edilib. Oqtay Vəliyev isə məhkəmədə bəraət alıb. Kamal Şabanov iddia edir ki, ona tələni quran tək adam yox, cinayətkar şəbəkə olub. Şəbəkəyə rəhbərliyi də Oqtay Vəliyevin etdiyini düşünür. Amma şikayətçiin sözlərinə görə, Vəliyevin arxasında daha böyük qüvvələr...

Seçilmiş Videolar

Toplum TV loqo