Cəzasız cinayətlər: Müharibədə və evinin qapısı önündə öldürülən jurnalistlər
2 noyabr jurnalistlərə qarşı cinayətlərdə cəzasızlıqla mübarizə günüdür. Bununla bağlı beynəlxalq təşkilatlar #cəzasızlığason həştəqi ilə kampaniyaya başlayıblar.
Eyni həştəqlə “Tvitter” hesabından post paylaşanlardan biri də Azərbaycan Xarici İşlər Nazirliyidir.
Ermənistan-Azərbaycan münaqişəsində 9 azərbaycanlı jurnalistin öldürüldüyünü bildirən Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini bu cinayətlərə səssiz qalmamağa çağırıb və hər bir jurnalist barədə məlumat verib.
Salatın Əsgərova 1991-ci il Şuşa yaxınlığında öldürülüb.
1991-ci ilin 20 noyabrında Qarakənd yaxınlığında erməni silahlı qüvvələrinin vurduğu helikopterdə 4 jurnalist - Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev həlak olublar.
1992-ci ilin mayında Xocalı yaxınlığında Çingiz Mustafayev öldürülüb.
2020-ci ildə 44 günlük müharibədən sonra 3 jurnalist həyatını itirib. Qayıdış qəzetinin redaktoru Zibeydə Adilzadə 2020-ci ilin noyabrında Fizulinin Seyidəhmədli kəndində, AzTV müxbirləri Sirac Abışov və Məhərrəm İbrahimov isə 2021-ci ilin iyununda Kəlbəcərdə minaya düşərək həyatlarını itiriblər.
Amma Azərbaycanda jurnalist ölümləri yalnız müharibə ilə bağlı deyil. 2005-ci ilin martında evinin qapısı qarşısında öldürülən jurnalist Elmar Hüseynovun da qətlinə görə heç kim cəzalandırılmayıb.
Media eksperti Ələsgər Məmmədli də öldürən bəzi jurnalistlərin adını çəkir. O jurnalistlər ki, qatilləri hələ də cəzalandırılmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsulzadənin doğum günü: "Hakimiyyət iyrənc mübarizə aparır"