Mayis Yaqubov kəşfiyyatçı olub. Naxçıvanski adına hərbi liseyin məzunudur. Ona liseydə qalıb müəllim işləmək təklif olunub. Amma o, "Ya general, ya da şəhid olacam” deyərək müəllim olmaqdan imtina edib.
Vaqif Mərdanov 2001-ci ildə anadan olub.
Hövsan kəndində 118 nömrəli məktəbdə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
19 yaşlı Vaqif İkinci Qarabağ müharibəsində noyabrın 3-ü Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.