Binə qəsəbəsində yaşayan Şəhla Fərəcovanın evi polis əməkdaşları tərəfindən avqustun 2-dən mühasirəyə alınıb.
Buna səbəb ölkədə Məhərrəm ayının başlanması ilə bağlı Şəhla Fərəcovanın evindən dini bayraq asması,divarın üzərinə isə "Ya Hüseyn!" sözlərini yazması olub.
"Həmin yazının polislər tərəfindən təzyiq göstərilərək silinməsi tələb olunub. Lakin qadın tələbi yerinə yetirmədiyinə görə, polislər tərəfindən post patrul maşınına mindirilərək ərazidən uzaqlaşdırıldı. Həmin ərəfədə digər polislər divardakı yazını qırmızı boya ilə rənglədilər.
Bir neçə saat sonra qadın evinə geri qaytarıldı. Yenidən ailə üzvləri evinin divarında "Ya Hüseyn!" yazdı. Bu dəfə polislər həmin yazını qara rəngə boyadı. Bu gündən etibarən isə evinin ətrafı mühasirəyə alınıb",- deyə hadisə şahidi Nicat Ağayev bildirib.
Mühasirə altında olan əraziyə yaxınlaşan kənar şəxslər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılır. Jurnalistlərə isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq tövsiyə olunur.
"Hər şey qaydasındadır. Boş-boş məsələlərdir. Şəhərdən bura niyə gəlmisiniz? Baxın, bu məhəllədə neçə-neçə şəhidlərin evləri var. Gəlib, onları çəkmisinizmi?", - deyə polislərdən biri jurnalistə deyir.
Bu ərəfədə həmin polis əməkdaşı ratsiya ilə məruzə edir: "Evə gələn iki nəfər artıq uzaqlaşdırılıb. Bir jurnalist də buradadır. İndi onu da kənarlaşdıracağıq".
Məhəllə arası küçələrdə gəzən niqablı qadınları tez-tez görmək olur. Evin ətrafından keçən qonşu qadınlardan biri isə hadisəni belə təsvir edir:
"Məhərrəm ayının ilk günü gördük ki, evlərinin bacasından dini bayraq asıblar. Polis əməkdaşları yaxınlaşıb onlara dedi ki, ancaq məsciddən bayraq asıla bilər. Daha sonra iki qız çiyinlərində bayraq onlara qonaq gəldi. Qanun qanundur. Əgər xəbərdarlıq edilirsə, etmə, deməli etmək olmaz", - deyə qonşu bildirib.
Bəs vətəndaşlar nə düşünür? Divara nə yazmaq olar? Sorğuda iştirak edən paytaxt sakinləri hansı yazıların onlar üçün məqbul olduğunu deyiblər.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.
Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.
Məhərrəm ayının 10-u, Aşura günü isə avqustun 8-dir. Avqustun 28-i Məhərrəm ayı başa çatır.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir