Multimedia

Dövlət idarəsində yanacaq satılır iddiası, rəsmilər inkar edir

Məzahir Abdurahmanov
Günel Manaflı
2 İyul, 2022
1295

“Kürdəmir Suvarma Sistemləri İdarəsinin işçiləri quruma məxsus yanacağı öz şəxsi avtomobillərində satır. İdrarəyə dövlət tərəfindən ayrılan pullar da mənimsənilib. Bütün bunların başında isə idarənin müdiri Mirəlif Əzizov durur”.

Bu barədə Kürdəmir rayon sakini Sakit Məmmədov  Toplum TV-nin qaynar xəttinə yazıb. 

Şikayətçinin sözlərinə görə, texnika üçün ayrılmış vəsait də mənimsənilib: “İdarənin rəhbəri Mirəlif  Əzizov gəldiyi gündən korrupsiya ilə məşğuldur. İdarənin maşını yanacağı daşıyıb traktorlara verməlidir, amma vermir. Öz şəxsi mənfəətləri üçün istifadə edir. Bu proses hər gün təkrarlanır”.

O, dediklərinin sübutu üçün bir video da göndərib. Çəkilişdə idarə işçilərinə məxsus olduğunu iddia etdiyi şəxsi minik avtomobillərində çox sayda kanistlərə yanacaq doldurulması görünür.  

Sakit Məmmədov yazır ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi və onun komandası kənd təsərrüfatına da böyük ziyan vurur, su nasosundan ancaq öz ərazilərini sulamaq üçün istifadə edir. 

“Bu özbaşnalıqlarla bağlı Baş Prokurorluğa, Prezident Adminstrasiyasına və digər qurumlara məktub göndərmişəm. Ancaq heç kim  Mirəlif Əzizova “dur” demir”.

Şikayətçi  məsələ ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının qəbulunda olduğunu, yalançı vədlərlə yola salındığını bildirir.

Özünü Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin baş mühasibi kimi təqdim edən Əflan Mahmudov  Toplum TV-yə açıqlamasında deyilənləri rədd edib:

“Bunlar yalan söhbətdir. Lazımdırsa, nümayəndə gəlsin baxsın. Bizim idarəyə Sakit adlı vətəndaş yaxınlaşmayıb, hansısa şikayəti olduğunu deməyib. İddialar yalandır”. 

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ağəli Kərimli onların idarəni təftiş etmək ixtiyarı olmadığını vurğulayıb: “Əgər o adamın əlində faktlar varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Bizim elə bir ixtiyarımız yoxdur ki, hansısa idarə və ya müəssisəni təftiş edək. Bu məsələni Meliorasiya və Su Təsərrüfatı ASC araşdırmalıdır, biz yox”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov isə açıqlamasında şikayətçinin dediklərini şər-böhtan adlandırıb:  

“Həmin idarəyə böyük traktorlar girə bilmir. İdarənin əməkdaşları yanacaqları maşınlara doldurub aparıb yerlərdə traktorlara tökür ki, sahədə iş dayanmasın. Kimsə bunu bilib-bilmədən götürüb çəkir ki, yanacaq oğurlanır. Bu idarədə Maliyyə Nazirliyi, Nazirlər Kabineti, Hesablama Palatası daim yoxlamalar aparır, necə qanunsuzluq ola bilər? Görünür, həmin vətəndaşın idarədə kiminləsə şəxsi-qərəzi var ki, bilib-bilmədən çəkib göndərir”.

Şikayətçi Sakit Məmmədov yalan söyləmədiyini, araşdırma aparılmasını istəyir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo