Multimedia

Ekspert: Dünyada taxıl ucuzlaşır, Azərbaycanda bahalaşır

Sənan İsmayıl
30 Sentyabr, 2022
974

2022-ci il ərzində iki dəfə Azərbaycanda taxıl məhsullarının qiyməti artırılıb. Qiymət artımı dünya bazarlarındakı bahalaşma ilə izah olunurdu. Taxılın dünya bazarında qiymətində son 3 ayda ucuzlaşma müşahidə olunur. Amma bu prosesin ölkədəki qiymətlərə təsiri görünmür.  

Ekspert Vahid Məhərrəmov bunun ölkədəki taxıl sektorunun inhisarlaşdırılması ilə əlaqələndirir. O daxili bazara nəzarəti həyata keçirən qurumların taxıl şirkətlərinə təsir edə bilmədiyini deyir. Deyir ki, bu şirkətlərin arxasında yüksək vəzifəli məmurlar durur. Əziyyəti isə əhali çəkir. Onun fikrincə, buğdanın ucuzlaşması və keyfiyyətinin artması üçün hökumətin ciddi addımlarına ehtiyac var.  

Millət vəkili Vahid Əhmədov deyir ki, dünya bazarında ucuzlaşma davam etsə, bu daxili bazara təsir edər. Amma hələ ki ciddi ucuzlaşmadan söhbət getmir.  

Vahid Məhərrəmovun sözlərinə görə artıq ciddi ucuzlaşma barədə danışmaq olar: 

“İyun, iyul, avqust aylarında dünyada buğdanın qiymətində çox ciddi enmə var. Birinci ayda orada 4.7-di, ikinci ayda 14.4-dü, yəni belə götürəndə, iyun, iyul, avqust aylarını götürəndə, üçüncü ayda da 5.1 fazidi. Yəni ümumilikdə götürəndə ciddi enmə var”.       

Azərbaycanda taxılın hazırki qiyməti 1 il öncəkidən 16-17 faiz bahadır. Un və çörəyin qiyməti isə ötən ilkinə nisbətdə 50 faiz bahalaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo