Ekspert: Rusiya azərbaycanlılara etnik diskriminasiya edə bilər
Krımda partladılan körpüdə TIR sürucüsünün azərbaycanlı olduğu deyilir.
Sosial mediada bu məsələdə Azərbaycanın rolu olduğunu iddia edənlər var. Rusiya mediası yazır ki, körpüdə partlayan TIR-ın sürücüsü miliyyətcə azərbaycanlı Mahir Yusubovdur. TIR-ın sahibi isə onun qardaşı oğlu Samir Yusubovdur. O yük maşını ilə həmin gün gübrə daşıyırmış. Həmin partlayışda Mahir özü də həyatını itirib. Sosial mediada yayılan videoda TIR-ın sahibi Samir Yusubov hadisənin onlara heç bir aidiyyatı olmadığını bildirib.
Niyə partlayışda Azərbaycanın da adı hallanır? İndiki vəziyyətdə bu iddialara cavab nə olmalıdır?
Deputat Hikmət Babaoğlu deyir ki, körpünün partladılmasında azərbaycanlı adı qəsdən hallandırılır.
Siyasi şərhçi Kamran Cəfərov deyir ki, partlayışda Azərbaycanın da adının çəkilməsi hökuməti narahat etməlidir.
Rusiya Prezidenti Vladimir Putin sözügedən partlayışda Ukraynanı terrorda günahlandırır. O deyir ki, Ukraynanın kəşfiyyatı Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib.
Rusiya rəsmiləri həm də iddia edir ki, Rusiya və bəzi xarici dövlətlərin vətəndaşları körpünü partlatmağa kömək ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum Tv
İctimai fəal Bəxtiyar Hacıyevə görə həbs olunduğunu deyir
Toplum TV