Multimedia

Ekspertlər: Avropa deputatlarının sanksiya çağırışı sülhə xidmət etmir

Roza Məmmədova
8 Oktyabr, 2022
197

Parlamentindəki bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar tələbilə çıxış edib. Azərbaycanı təcavüzkar adlandıran deputatlar İttifaqın beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycanla qaz müqaviləsini də dayandırmağı istəyib. 

Konfliktoloq Arif Yunus deyir ki, sanksiya Avropa ittifaqının vasaitəçiliklə bağlı mövqeyini şübhə altına qoyur.

Deputat Hikmət Məmmədov isə düşünür ki, Azərbaycanın əleyhinə çıxış edən deputatlar qərəzlidirlər. 

Yeri gəlmişkən, deputatlara cavabında Josep Borel də Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini deyib. Və bildirib ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir.

Sentyabrın 12 və 13-də Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb. 

Əməliyyatlardan sonra Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini bildirmişdi.

Sentyabrın 21-də Prezident İlham Əliyev Laçında olarkən baş nazirin dediklərini bu şəkildə yalanlamışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Milli Məclisin önündə etiraz: “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar”

Nuray Kamal
29 Noyabr 2022
Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.
Multimedia

“Naxçıvanlıların üzünə sevinc gəlib”-həbslərə və ixtisarlara reaksiya

Aytac Məmmədli
29 Noyabr 2022
Bu günlərdə Naxçıvanda baş verən hadisələr gündəmdir.  Muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində addımlar atıldığı görünür. Təkcə dünən Naxçıvan Dövlət Gömrük Komitəsinin ləğv edildiyi, maliyyə nazirinin həbs edildiyi xəbərləri gəlib. AXCP Naxçıvan Təşkilatının sədri Yaşar Bağırsoy Naxçıvan camaatının əhval-ruhiyyəsinin yüksək olduğunu deyir. Bakıda isə hadisələrə reaksiyalar fərqlidir. Bəziləri düşünür ki, Naxçıvanın Muxtar respublika statusu ləğv ediləcək, bəziləri də deyir ki, bunlar, sadəcə kosmetik dəyişikliklərdir

Seçilmiş Videolar

Toplum TV loqo