Multimedia

Ekspertlər: Avropa deputatlarının sanksiya çağırışı sülhə xidmət etmir

Roza Məmmədova
8 Oktyabr, 2022
198

Parlamentindəki bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar tələbilə çıxış edib. Azərbaycanı təcavüzkar adlandıran deputatlar İttifaqın beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycanla qaz müqaviləsini də dayandırmağı istəyib. 

Konfliktoloq Arif Yunus deyir ki, sanksiya Avropa ittifaqının vasaitəçiliklə bağlı mövqeyini şübhə altına qoyur.

Deputat Hikmət Məmmədov isə düşünür ki, Azərbaycanın əleyhinə çıxış edən deputatlar qərəzlidirlər. 

Yeri gəlmişkən, deputatlara cavabında Josep Borel də Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini deyib. Və bildirib ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir.

Sentyabrın 12 və 13-də Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb. 

Əməliyyatlardan sonra Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini bildirmişdi.

Sentyabrın 21-də Prezident İlham Əliyev Laçında olarkən baş nazirin dediklərini bu şəkildə yalanlamışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Qəzaların sayı artır, günahkar kimdir?

Fərid İsmayılov
1 Dekabr 2022
Şükür Məmmədli 2013-cü ilin yanvar ayında Sulutəpə qəsəbəsi yaxınlığında yol qəzası keçirib. Deyir, qəzaya səbəblərdən biri də yolun düzgün çəkilməməsi olub. Şükür Məmmədli kimi yol qəzaları keçirilənlərin sayı az deyil. Vaxtaşırı bu barədə mediada məlumatlar gözə dəyir. Elə rəsmi rəqəmlər də bunu deyir. Bu il 600-dən çox şəxs avtomobil qəzalarında həyatını itirib. Qəzaların başlıca səbəbləri nədir? Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov aidiyyatı qurumların işinə və sürücü məsuliyyətsizliyinə diqqət çəkir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli qəzaları yolların durumu ilə əlaqələndirmir. O da sürücülərdən gileylənir. Bəs sükan arxasında olanlar nə düşünür? Sürücülər yollarda üzləşdikləri çətinlikləri dilə gətirir. Dövlət...
Multimedia

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Samirə Əli
1 Dekabr 2022
Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.  Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib  2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.  Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların...

Seçilmiş Videolar

Toplum TV loqo