Multimedia

Elvin Cəfərovun qonşuları: Əgər psixoloji problemi olsaydı...

Məzahir Abdurahmanov
Roza Məmmədova
14 İyul, 2022
355

Sabirabad İcra Hakimiyyətinin qarşısında özünü yandıran Elvin Cəfərovun doğma kəndi Qalağayında qazinin intiharının laqeydlik səbəbindən baş verdiyini deyirlər.

 İcra başçısı Siraqəddin Cəfərovun “Mauqli” ləqəbli qazinin canı bahasına etdiyi etiraza verdiyi izahı kənddə qəzəblə qarşılanıb. 

Kəndlilər bildirib ki, hadisədən bir gün sonra mümkün aksiyaların qarşısını almaq üçün kəndə polis maşınları yeridilib. İndi sakitçilik olsa da, sakinlər arasında etirazın hələ gündəmdə olduğunu deyənlər var.

Sabirabad İcra hakimi bu gün də Qalağayında idi. Amma suallara cavab verməkdən imtina edib.

Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...
Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 

Seçilmiş Videolar

Toplum TV loqo