Multimedia

Əsgər cəmi 13 manat maaş alır, deputat nə deyir?

Fərid İsmayılov
5 Oktyabr, 2022
265

Vurğun Babayev 3 aydır ki, hərbi xidmətdən geri qayıdıb. Hərbi xidmətdə olarkən 32 manat maaş aldığını deyir. Bəs bu məbləğlə o ehtiyaclarını necə qarşılayıb?

"32 manat maaş alırdım. Hər ay bunun 2 qatını da evdən istəyirdim."

Vurğun deyir ki, hərbi hissələrin marketlərində olan bahalıq onların durumunu bir qədər də çətinləşdirib.

"40 qəpiklik üzqırxanı 70 qəpiyə, 25 qəpiklik şirniyyatı 45 qəpiyə alırdıq və s."

Hərbi ekspert Səxavət Məmməd deyir ki, əsgərə verilən aylıq məvacib çox aşağıdır. Bu maaşlarla onların aylıq təmizlik ləvazimatlarını alması belə mümkün deyil.

"Qiymətlərin baha olduğu dövrdə bu məbləğ aşağıdır. İllərdir eyni məbləğ qalıb, amma qiymətlər artıb."

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev ToplumTV-yə açıqlamasında bildirib ki, əsgər üçün verilən aylıq məvacib aşağıdır, bu mövzunu Milli Məclisin iclaslarında müzakirəyə çıxaracaq:

Azərbaycan müddətli hərbi qulluqçuların maaşı son 17 ildə cəmi 2 dəfə artırılıb. 

Azərbaycanda əsgərə verilən məvacib 13-32 manat arası dəyişir...

İcazə verin, mən bildiklərimi deyim. Tək qat maaş 13, dağlıq, yüksək ərazilərdə 26 manatdır. Bu vəsait əsgərin daxili ehtiyatlarını qarşılamaq üçündür. Söhbət geyimdən, qidadan getmir. Mən bu rəqəmin artmasının lehinəyəm.

Sizcə, uzun müddətdir bu rəqəm niyə artmır?

Bu elə-belə artmır. Əsgərin hansı ərazidə xidmət etməsindən asılıdır. Müharibə şəraitində tam şəkildə təminat olduğuna görə düşünürəm ki, ehtiyac olmayıb. Lakin ölkədə qiymət artımına görə bu rəqəmin artmasına ehtiyac var.

Ehtiyat taborda əsgərə 13 manat verilir və deyilir ki, 1 aylıq təmizlik ləvazimatlarını təmin etməlisən. 

Məlum məsələdir ki, 13 manata 1 aylıq ləvazimatı almaq mümkün deyil. Mentalitetimizə uyğun olaraq əsgərin yanına gələn də var, gəlməyən də var, ehtiyacı olanlar da var. Bu problemlər yaşanıb. Uzun müddət bu islahatlar getməyib. Türk ordusu sisteminə keçdikdən sonra, 2017-2018-ci ildən islahatlar gedir və bu da islahatların bir növü olaraq mütləq şəkildə həyata keçirilməlidir. 

Əsgəri dövlət aparırsa, dövlət niyə təmin etməsin?

Dövlət təmin etmək iqtidarındadır, təmin edir də.

12 manatla?

Bilirsiniz, siz mübahisə, reytinq istəyirsinizsə, bu başqa məsələ. Bir-birimizə hörmətlə yanaşaq. Dövlət türk standartlarına keçəndən sonra bu məsələlərə də aydınlıq da gələr. Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi arasında bu məsələlər tənzimlənməlidir.

Siz bu mövzunu parlamentin iclaslarında müzakirə etməyi düşünürsünüz?

İnandırıcı deyil, amma komitənin iclaslarında müzakirəyə çıxaracağam. Ancaq mənə normal bir rəqəm çıxartsalar, bunu deyə bilərəm.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Samirə Əli
1 Dekabr 2022
Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.  Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib  2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.  Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların...
Multimedia

Müsəlman Birliyi Hərəkatı mətbuat konfransı keçirib

Fərid İsmayılov
30 Noyabr 2022
Müsəlman Birliyi Hərəkatı mətbuat konransı keçirib. 30 noyabrda baş tutan konfransda hərəkatın İH üzvü Ağaəli Yahyayev son dönəmlərdə üzvlərinə qarşı siyasi basqıların artmasına diqqət çəkib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə aclıq aksiyasını davam etdirir. Bunu həyat yoldaşı Leyla İsmayılzadə deyib. Taleh Bağırzadə 26 noyabr 2015-ci il tarixində Nardaran qəsəbəsində hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilmiş Videolar

Toplum TV loqo