Əsgər oğlunun qətlinə ədalət tələb etdi, ruhi dispanserə saldılar
Sürayə Babayevanın oğlu Rəşid Babayev 4 il yarım orduda hərbi həkim kimi çalışıb. O, 2020-ci il noyabrın 12-də - 44günlük müharibədən sonra vəfat edib.
Gəncə Hərbi Prokurorluğu R. Babayevin ölümünü intihar adlandırsa da, ailəsi bununla razılaşmır. Oğlunun müəmmalı şəkildə ölümünə etiraz edən Şəmsəddin Babayev isə iradəsi əleyhinə ruhi əsəb dispanserinə yatırılıb.
Sürayə Babayeva deyir, Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Prezidentə, vitse-prezidentə dəfələrlə məktublar göndərsələr də, müraciətlərinə cavab verən olmayıb. Buna görə də əri – Şəmsəddin Babayev oğlunun ölümünə diqqət çəkmək üçün Tərtər hadisələrilə bağlı keçirilən 16 iyun aksiyasına çıxıb.
Qadın iddia edir ki, həmin aksiya zamanı polislər Şəmsəddin Babayevi saxlayaraq 18-ci polis bölməsinə aparıblar. Ona bölmədə zorakılıq göstəriblər. Bir gün sonra da onu Maştağadakı ruhi əsəb dispanserinə yatırıblar.
İndi ana – Sürayə Babayeva təkcə oğlu üçün deyil, həm də əri üçün ədalət tələb edir.
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb