İyunun 22-də Goranboyun Ağcakəndində təbii fəlakət baş vermişdi. Kəndi sel basması nəticəsində onlarla ev yararsız vəziyyətə düşmüşdü. Hüseynovlar ailəsi də həmin zərərçəkənlərdəndir.
Goranboyun kənd sakinləri Təranə Hüseynova və Yasin Hüseynov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi qarşısında etiraz edib.
Ağcakənd sakinləri noyabrın 4-ü keçirdikləri aksiyada dövlət qurumlarının biganəliyindən şikayətçi olublar. Deyirlər, dəfələrlə etdikləri müraciətlərə elə məktubla cavab verilib, heç bir tədbir isə görülməyib.
Hüseynovlar ailəsi agentliyin rəis müavini Elxan Əsədovun qəbulunda olublar. Təranə Hüseynova Toplum tv-yə bildirib ki, qəbulda onlara bu ilin sonunadək heç bir yardım göstərə bilməyəcəkləri deyilib. Məsələyə gəlin ilin martından sonra baxacaqlarını, o vaxtadək ailənin qohumlarının evində yaşaması tövsiyə edilib.
Toplum Tv fövqəladə hallar nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb. Gün sonunadək zənglər cavabsız qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?