TechCrunch
"Feysbuk" şirkəti 2020-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkiləri dövründən tətbiq edilən siyasi reklam verməmək barədə siyasətini aradan qaldıracağını bəyan edib.
Bu barədə yerli vaxtla martın 3-də şirkətin rəsmi saytında açıqlama verilib.
"Biz 4 mart tarixindən etibarən ABŞ-da siyasət, seçki və ictimai əhəmiyətli məsələlərlə bağlı reklamların göstərilməsini bərpa edirik. Biz bu qadağanı seçki günündən sonra yalan və sui-istifadə hallarının qarşısını almaq üçün müvəqqəti tətbiq etmişdik", - deyə bəyanatda qeyd olunub.
Şirkət rəhbərliyi bildirib ki, seçki dövrü ərzində onlar siyasət və seçkiylə bağlı reklam barədə çox şey öyrəniblər: "Qarşıdan gələn aylarda biz öz xidmətlərimizdə bu cür reklamın iş prinsipləri və ona necə dəyişikliklər edə biləyimiz barədə daha çox şey öyrənmək niyyətindəyik".
Həmçinin məlum olub ki, "Quql" şirkəti də bu ilin yanvar ayında paytaxt Vaşinqtonda Kapitoli təpəsində baş verən iğtişaşlar zamanı tətbiq etdiyi siyasi reklam qadağasını aradan qaldırmaq niyyətindədir.
SORĞU - Meyvə-tərəvəzin baha olmasından kim qazanır?
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"