Güneyli fəal: Etirazların səbəbi İran rejiminin özüdür
İranda Məhsa Əminin ölümüylə başlanan etirazlar hələ də davam edir. Güneydən gələn xəbərlər və sosial mediada yayılan videolar etiraz dalğasının böyüdüyünü göstərir. Hökumət əleyhinə səslənən şüarlar küçədə vətəndaşlarla polis arasında toqquşmalara səbəb olub.
Məhsa Mehdili İranda 2001-ci ildən siyasi fəaliyyət başlayıb. İranda siyasi görüşlərinə görə, 2 dəfə həbs olunub. Hazırda Türkiyədə yaşayan Məhsa Mehdili deyir ki, baş verənlər İran hökumətinin yaratdığı problemlərə cavabdır.
O, Məhsa Əmininin ölümünü iranlıların səbr kasasını daşıran son damla adlandırır.
İranda hökumət rəsmiləri etirazların xaricdən idarə edildiyini, daxildəki müxalifətin oyunu adlandırır.
Məhsa Mehdili isə deyir ki, İranda vəziyyət həmişə eyni olub, çünki sistem dəyişməyib. Ona görə də, etirazların dərhal sistemə təsir edəcəyini düşünmür. Amma hökumətə ciddi zərbə olduğunu söyləyir.
Bakıda yaşayan əslən Ərdəbildən olan güney Azərbaycan nümayəndəliyinin üzvü Babək Muğanlı deyir ki, bu təkcə baş örtüyünə görə başlayan etirazlar deyil, bu xalq hərəkatıdır.
Paytaxt Tehran daxil olmaqla İranın müxtəlif bölgələrində etirazlar 22 yaşlı kürd qızı Məhsa Əmininin ölümündən sonra başlayıb. Sentyabrın 13-də o, hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb, bir neçə saat sonra Əmini komada xəstəxanaya yerləşdirib, üç gün sonra isə “qəfil infarkt” səbəbindən vəfatı edib. Etirazlar zamanı 30-dan çox ölən var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV