Multimedia

Güneyli fəal: Etirazların səbəbi İran rejiminin özüdür

Vüsalə Mikayıl
23 Sentyabr, 2022
150

İranda Məhsa Əminin ölümüylə başlanan etirazlar hələ də davam edir. Güneydən gələn xəbərlər və sosial mediada yayılan videolar etiraz dalğasının böyüdüyünü göstərir. Hökumət əleyhinə səslənən şüarlar küçədə vətəndaşlarla polis arasında toqquşmalara səbəb olub.  

Məhsa Mehdili İranda 2001-ci ildən siyasi fəaliyyət başlayıb. İranda siyasi görüşlərinə görə, 2 dəfə həbs olunub.  Hazırda Türkiyədə yaşayan Məhsa Mehdili deyir ki, baş verənlər İran hökumətinin yaratdığı problemlərə cavabdır.

O, Məhsa Əmininin ölümünü iranlıların səbr kasasını daşıran son damla adlandırır.

İranda hökumət rəsmiləri etirazların xaricdən idarə edildiyini, daxildəki müxalifətin oyunu adlandırır.  

Məhsa Mehdili isə deyir ki, İranda vəziyyət həmişə eyni olub, çünki sistem dəyişməyib. Ona görə də, etirazların dərhal sistemə təsir edəcəyini düşünmür. Amma hökumətə ciddi zərbə olduğunu söyləyir.

Bakıda yaşayan əslən Ərdəbildən olan güney Azərbaycan nümayəndəliyinin üzvü  Babək Muğanlı deyir ki, bu təkcə baş örtüyünə görə başlayan etirazlar deyil, bu xalq hərəkatıdır.

Paytaxt Tehran daxil olmaqla İranın müxtəlif bölgələrində etirazlar  22 yaşlı kürd qızı Məhsa Əmininin ölümündən sonra başlayıb. Sentyabrın 13-də o, hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb, bir neçə saat sonra Əmini komada xəstəxanaya yerləşdirib, üç gün sonra isə “qəfil infarkt” səbəbindən vəfatı edib.  Etirazlar zamanı 30-dan çox ölən var.

Multimedia

Ekspertlər: Avropa deputatlarının sanksiya çağırışı sülhə xidmət etmir

Roza Məmmədova
8 Oktyabr 2022
Parlamentindəki bəzi deputatlar Azərbaycana qarşı sanksiyalar tələbilə çıxış edib. Azərbaycanı təcavüzkar adlandıran deputatlar İttifaqın beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycanla qaz müqaviləsini də dayandırmağı istəyib.  Konfliktoloq Arif Yunus deyir ki, sanksiya Avropa ittifaqının vasaitəçiliklə bağlı mövqeyini şübhə altına qoyur. Deputat Hikmət Məmmədov isə düşünür ki, Azərbaycanın əleyhinə çıxış edən deputatlar qərəzlidirlər.  Yeri gəlmişkən, deputatlara cavabında Josep Borel də Azərbaycanın Ermənistanın bəzi ərazilərini işğal etdiyini deyib. Və bildirib ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir. Sentyabrın 12 və 13-də Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə...
Multimedia

Qazilər: Problem həll olunmur, buna görə də...

Fərid İsmayılov
7 Oktyabr 2022
Oktyabrın 7-də II Qarabağ müharibəsi qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.  Qazilər deyir ki, sosial durumları ağırdır, çünki nə əlillik dərəcəsi ala bilirlər, nə də iş tapa bilirlər.  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Toplum TV-yə qazilərin təkrar komissiyadan keçiriləcəyini bildirib.  44 günlük müharibədən sonra vaxtaşırı qazilər ƏƏSMN önündə etiraz aksiyası keçirir. Onlar sosial problemlərini və əlillik dərəcələrini düzgün təyin olunmadığını dilə gətirir. 44 qazi isə intihar edib.

Seçilmiş Videolar

Toplum TV loqo