Həbsxana qapılarından bayıra çıxanda sizi nə gözləyir? Elgün Qəhrəmanov üzərində məhkumluq damğası daşımağın çətinliklərini öz təcrübəsində yaşayıb.
Xocalıdan məcburi köçkün olan Elgün Qəhrəmanov iyulun 16-da azadlığa çıxıb.
İndi bir qəpiksiz qaldığını deyən keçmiş məhbus nə birdəfəlik müavinətini ala, nə də iş tapa bilir.
O, birdəfəlik müavinət üçün Dövlət Sosial Müdafiə fondunun Goranboy rayon şöbəsinə müraciət etsə də, qurumdan bildiriblər ki, ödənişini ancaq gələn ayın sonu ala bilər.
Amma gələn ayadək Elgün Qəhrəmanovun necə dolanacağı da sual altındadır.
Vəkil Fariz Namazlı və sosioloq Sənubər Heydərov keçmiş məhbusların qarşılaşdıqları çətinliklərdən danışırlar.
Fariz Namazlının sözlərinə görə, keçmiş məhbuslar hüquqlarından kifayət qədər faydalana bilmirlər.
Sənubər Heydərova isə deyir ki, cəzalarını çəkmələrinə baxmayaraq, keçmiş məhbusların üstündə cinayətkar damğası qalır. Buna görə də onlar azadlığa çıxandan sonra cəmiyyətə inteqrasiya oluna bilmirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Bəxtiyar Hacıyevin anası: Nəbzini tutmaq olmur, gözləri solub