Qurban bayramı bu il miladi təqvimlə iyulun 9-na təsadüf edir.
Bayramı ilə əlaqədar insanlar bazarlara axın edir. Amma bu il qurban bayramında bunun əksi müşahidə olunur. Satıcılar deyir ki, qiymətlərin keçən ilə nisbətən ucuz olmasına baxmayaraq, alıcılıq qabiliyyəti zəifdir. Onu da qeyd edək ki, Maştağa və Kürdəxanı bazarları iran müsəlmanlarının təqvimi ilə sabah işləyəcək.
Qiymətlərin ucuz olması ilə razılaşmayan satıcıya da rast gəlmək mümkündür. O deyir ki, qiymətlər baha olduğuna görə, heç 50 quzu da sata bilməyib. Alıcılar da qiymətlərin baha olmasından şikayət edir. Görünür, Azərbaycanda ətin ucuzlaşacağı ilə bağlı yayılan xəbərlərə baxmayaraq, Qurban bayramında ət daha da bahalaşıb.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir