Multimedia

Hökumətin "dəmir sərhəd" siyasəti- Quru sərhədlər niyə açılmır?

25 Noyabr, 2022
968

İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Məhdudiyyət Covid-19 pandemiyası ilə bağlı karantin tədbirləri başlanandan tətbiq olunur. O vaxtdan ölkədən xaricə nə qatarla, nə avtobusla gediş gəliş var. 

Dünyanın bir çox ölkələrində karantin tədbirləri ləğv olunsa da, Azərbaycan hələ məhdudiyyətləri ləğv etməyə tələsmir. 

Vətəndaşlar isə deyir ki, quru sərhədlərin bağlı qalması onları təkcə gəzmək imkanından məhrum etmir elə sağlamlığına da ziyan vurur. 

Amma hökuməti inadından nə etiraz aksiyaları, nə sosial şəbəkələrdə şikayətlər daşındırır. Vətəndaşlar da sual edir – bu məhdudiyyətlər əslində kimə sərf edir? 

2019-cu ildə Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı 5 milyon 567.700 olub, ötən il, 2021-ci ildə bu say 1 milyonu belə keçməyib- cəmi 974.500 nəfər.

2019-cu ildə avtomobil və dəmiryolundan istifadə sayı ən yüksək həddə olub. Avtomobillə xaricə səfər edənlərin sayı 3 milyon 636 900, qatarla gedənlərin sayı isə 588.100 nəfər olub. 2021-ci ildə quru sərhədlər bağlananda bu say kəskin şəkildə azalıb. 

Avtomobillə sərhədi keçənlərin sayı 261.200 nəfərə enib, dəmiryolundan istifadə isə ancaq yük daşıma işlərlə bağlı olduğu üçün qatar istifadəçilərinin sayı cəmi 1300 nəfər olub.

Hava yolundan istifadə statistikasında isə karantin yüngülləşdiriləndən bəri canlanma var. 2020-ci ildə təyyarə ilə xaricə cəmi 277500 vətəndaş getmişdi. 2021-ci ildə bu rəqəm iki dəfədən də çox artıb. 

Beynəlxalq mətbuat prezident İlham Əliyevin və AZAL rəhbəri Cahangir Əsgərovun ailələrinin hava limanında xidmətlər sahəsində ortaq biznesi barədə araşdırmalar ediblər. Siyasi fəal Bəxtiyar Hacıyev də sual edir ki, görəsən quru sərhədlərin bağlı qalmasının səbəbini bu biznes maraqlarında axtarmaq lazımdırmı? 

Bəxtiyar Hacıyev deyir ki, bağlı sərhədlər ona sovet dövrünün dəmir pərdə dönəmini xatırladır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo