Multimedia

Hökumətin qənaət mənbəyi- Hidayət dayı və Zəminə xala

Vüsalə Mikayıl
22 İyun, 2022
980

Hidayət Rüstəmov və Zəminə Orucova Şəmkir bazarında satıcılıq edir. Pensiyaları kəsildiyindən çörək pulunu bazardan qazandıqları 3-5 manatla çıxarırlar. 

Onlar təqaüdünün kəsilməsindən şikayətlənən minlərlə pensiyaçıdan biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rüstəmov kimi pensiyaçıların təqaüdünün kəsilməsindən nə az, nə çox 791 milyon manat vəsaitə qənaət etdiyini deyir. Nazir müavini Anar Kərimov pensiya vəsaitlərinin mənimsənməsinin qarşısının alınması barədə Milli Məclis komitəsində çıxış edərkən bu rəqəmi səsləndirib.  

Nazirliyin sözçüsü Fazil Talıblı Toplum TV-yə müsahibəsində “mənimsəmə” dedikdə nə başa düşüldüyünü açıqlayıb. 

Qənaət olunan 791 milyon manat Şəmkirli pensiyaçıların təsəvvürünə sığan məbləğ deyil. Hidayət bəy və Zəminə xanım öz güzəranı hesabına, bilmədən dövlətə verdikləri töhfədən də xəbərsizdirlər. Ancaq ümid edirlər ki, nə vaxtsa, onların da büdcəsi dövləti qayğılandıracaq.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Fazil Mustafa: “Təhlükə həmişə var” 

Fatimə Mövlamlı
29 May 2023
“Səhhətim yaxşıdır, şükür Allaha. Əsasən reabilitasiya prosesinə davam eləyirəm, amma xeyli problem arxada qalıb.   Deputat Fazil Mustafa bunları bu gün İçərişəhərdə keçirilən Milli Kitab Sərgisindı deyib. Sərgidə Fazil Mustafanın yazdığı son kitab “Dirilən adamın düşüncələri” kitabı da yer alıb. Toplum Tv-nin suallarını cavablandıran deputat deyir, təhlükə hələ ötüşməyib.  Fazil Mustafa ona qarşı silahlı hücumla İran İslam Respublikası arasındakı əlaqədən də danışıb.   Fazil Mustafa 28 mart tarixində evinin qarşısında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo