Hidayət Rüstəmov və Zəminə Orucova Şəmkir bazarında satıcılıq edir. Pensiyaları kəsildiyindən çörək pulunu bazardan qazandıqları 3-5 manatla çıxarırlar.
Onlar təqaüdünün kəsilməsindən şikayətlənən minlərlə pensiyaçıdan biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rüstəmov kimi pensiyaçıların təqaüdünün kəsilməsindən nə az, nə çox 791 milyon manat vəsaitə qənaət etdiyini deyir. Nazir müavini Anar Kərimov pensiya vəsaitlərinin mənimsənməsinin qarşısının alınması barədə Milli Məclis komitəsində çıxış edərkən bu rəqəmi səsləndirib.
Nazirliyin sözçüsü Fazil Talıblı Toplum TV-yə müsahibəsində “mənimsəmə” dedikdə nə başa düşüldüyünü açıqlayıb.
Qənaət olunan 791 milyon manat Şəmkirli pensiyaçıların təsəvvürünə sığan məbləğ deyil. Hidayət bəy və Zəminə xanım öz güzəranı hesabına, bilmədən dövlətə verdikləri töhfədən də xəbərsizdirlər. Ancaq ümid edirlər ki, nə vaxtsa, onların da büdcəsi dövləti qayğılandıracaq.
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?