Multimedia

Azyaşlının zorlanma işi: hüquqşünaslardan rəy

Nuray Kamal
24 Avqust, 2022
338

23 avqust tarixində Sənayın işi üzrə sübutların dəyərləndirilməsi üçün mətbuat konfransı keçirilib. Konfransda hüquqşünas Səməd Rəhimli bir qrup hüquqşünasın adından rəy verib.

Səməd Rəhimli ekspert rəylərinə istinad edərək, bu işdə təqsirləndirilən şəxs Əsgər Ağazadə barəsində məhkəmə tərəfindən ittiham edici hökmün çıxardılması üçün əsasların olduğunu deyib.

O bildirib ki, sübutlarla təsdiq olunan cinsi əlaqə Sənay Yağmurun iradəsinə zidd olduğu üçün zorlamadır.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo